“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen La Liqanın 6-cı turunda “Vilyarreal”la oyunda (5:1) zədələnib.
“İki sahil” xəbər verir ki, almaniyalı qolkiper rəqibin hücumçusu Eremi Pino ilə uğursuz toqquşmadan sonra dizindən zədə alıb. Nəticədə, Ter Ştegen meydanı xərəkdə tərk edib. Onu İnyaki Pena əvəzləyib.
Ter Ştegen birbaşa xəstəxanaya aparılıb. "Mundo Deportivo"nun xəbərinə görə, ilkin müayinəyə əsasən onun 8 aylıq sıradan çıxdığı bildirilib.
Bu gün isə MRT müayinəsindən keçəcək almaniyalı qapıçının hansı müddətə oynamayacağı dəqiqləşəcək.