Azərbaycanın akrobatika gimnastları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıblar.
“İki sahil” xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü temp hərəkətlərinin icrasında yüksək nəticə göstərərək fəxri kürsünün üçüncü pilləsinə qalxıblar. Onlar daha əvvəl qarışıq və balans hərəkətlərdə qızıl mükafata sahib çıxıblar.