10 sentyabr 2024 01:57
473

Spirtli içkilər depressiya ilə mübarizədə təsirli vasitədirmi?

“Rossiya 1” telekanalında yayımlanan sağlamlıq proqramında rusiyalı həkim Aleksandr Myasnikov depressiya və pis əhval-ruhiyyə ilə mübarizənin müxtəlif yollarını araşdırıb.

Onun fikrincə, əgər ruhunuz daim yorğundursa, spirtli içkilərə arxalanmamalısınız - bundan sonra daha da vəziyyət pisləşəcək. O, antidepresanları da bəyənməyərək, onları qəbul edənlərin “şeytandan borc aldığını” qeyd edib. Antidepresantların yan təsirləri və faydaları müqayisə edilə bilməz.

Ümumdünya Səhiyyə Təşkilatı son araşdırmalara istinad edərək, depressiya ilə mübarizənin ən yaxşı yolunun müntəzəm fiziki fəaliyyət olduğunu hesab edir. Aleksndr Leonidoviç də ən sadə məşqlərdən başlamağı, tədricən onları çətinləşdirməyi məsləhət görüb.

Nubar Süleymanova, “İki sahil”