Sentyabrın 4-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 100, o cümlədən, borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.
Bu il sürücülük hüququ olmadan idarə edilən avtomobil qəzalarında 66 nəfər həlak olub
Milli Məclis Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri ilk oxunuşda qəbul edib
Ötən ay ən çox kosmetologiya və stomatologiya sahələri üzrə qanunsuz fəaliyyət aşkarlanıb