Quba–Atuc yolunda 2 minik avtomobili toqquşub.
“İki sahil” xəbər verir ki, hadisə bu gün saat 19 radələrində baş verib. Qəza nəticəsində ilkin məlumata görə, 3 nəfər xəsarət alıb. Toqquşan nəqliyyat vasitələri “Nissan” və “VAZ-2107” markalı minik avtomobilləridir. Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib
Anım Günü ilə bağlı mühüm müzakirə - Hərbi təşkilatlar fəaliyyətlərini gücləndirir