31 avqust 2024 02:27
537

Olimpiya Oyunlarından çıxarılan qəribə idman növləri - FOTOLAR

Olimpiya Oyunları dedikdə atletikadan tutmuş, hərəkətlərini mükəmməlliyə çatdıran gimnastların şücaətlərinə qədər məşhur idman növləri yada düşür. Bununla belə, Olimpiada tarixində çoxdan unudulmuş və bugünkü tamaşaçıların və pərəstişkarların çoxu üçün tanış olmayan bir çox başqa idman növləri də olub.

Zamanın sınağından çıxmayan və artıq rəsmi olaraq Oyunlarda təqdim olunmayan qeyri-adi, bəzən hətta qəribə Olimpiya yarışlarını xatırlatmaq qərarına gəldik:

Kanat çəkimi

İdman növü olaraq Olimpiadada 1900-1920-ci illər ərzində mövcud olub.

Kanat çəkmə beş Olimpiadada rəsmi olaraq təqdim edilmiş idman növüdür. Əvvəlcə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən atletika idman növü kimi, lakin sonradan ayrıca idman intizamı kimi təsnif edildi.

Tək sinxron üzgüçülük

İdman kimi Olimpiadada 1984-1992-ci illərdə olub. İndiki gənclər belə bir idman intizamının bir neçə Olimpiya Oyunlarında rəsmi olaraq tətbiq olunduğuna inanmaya bilərlər. Ümumiyyətlə, əlbəttə ki, bu cəfəngiyat idi, çünki birincisi, xüsusilə nəzərə alsaq ki, bu idman növü tək sinxron üzgüçülük adlanırdı. Sual yaranır: kiminlə sinxron?!

Xizək baleti (fristayl)

Bu sərbəst idman intizamı heç vaxt rəsmi Olimpiya idman növü olmayıb. Lakin 1988-ci il Olimpiadasında (Kalqaridə) nümayiş tədbiri kimi təqdim edilib. 1992-ci il Oyunlarında artıq bu qeyri-adi intizam üzrə rəsmi mükafatlar dəsti verilmişdi. Lakin sonradan onu rəsmi Olimpiya yarışlarının proqramlarından kənarlaşdırmaq qərarına gəldilər.

Hava şarında uçuş

Bu idman növü cəmi bir Olimpiadaya vəsiqə qazanıb. İştirakçılar təkcə şarın sürətində deyil, həm də maksimum hündürlüyə çatmaqda yarışıblar. Yeri gəlmişkən, gülməli olsa da həqiqətdir: hətta hava balonundakı fotoşəkillər də nəzərə alınıb. Kimin şəkilləri daha yaxşı xal topladısa, həmin idmançı da daha çox xal alırdı.

Rəssamlıq və heykəltəraşlıq (1912-1948)

Müsabiqənin ilk dörd onilliyi ərzində Olimpiya Komitəsi rəsm, heykəltəraşlıq, memarlıq, ədəbiyyat və musiqi üzrə qalibləri rəsmi medallarla təltif edib. Bəli, bəli, idman nailiyyətlərinə görə medallarla yanaşı, sənətə görə də mükafatlar verilirdi. 1912-1948-ci illərdə münsiflər heyəti idman nailiyyətlərindən ilhamlanan orijinal təsviri sənət əsərlərinə görə düz 151 medal verib.

Daha sonra (BOK) Beynəlxalq Olimpiya Komitəsinin yeni prezidenti Averi Brundac incəsənət üzrə Olimpiya medallarının açıq-aşkar rəqibinə çevrildi. Gərgin müzakirələrdən sonra nəhayət rəsm müsabiqələrinin ləğv edilməsinə qərar verildi və əvvəllər təltif edilmiş 151 medal rəsmi Olimpiya nailiyyətlərindən rəsmən çıxarıldı. Hazırda həmin ölkələrin medal sıralamasında nəzərə alınmır.

Göyərçinləri vurmaq

1900-cü ildə Parisdə keçirilən Olimpiya Oyunları bütün zamanların ən qəribə və qeyri-adi idman hadisəsi idi. Yarış canlı göyərçinlərin vurulması ilə yadda qalmışdı.

Qalib poliqona atılan 300 quşdan 21-ni vuran belçikalı Leon de Lunden oldu. Xoşbəxtlikdən bu Olimpiya yarışları bir daha keçirilmədi.

İplə dırmanma

Bir idman növü kimi Olimpiadada 1896-1932-ci illərdə mövcud olub.

Yeddi Olimpiya Oyunlarında rəsmi idman növü olmuşdu. Ola bilsin ki, BOK gimnastikanın iplə dırmaşmadan qat-qat maraqlı və möhtəşəm olduğunu nəzərə alaraq, bu tip yarışlardan yaxa qurtarmaq qərarına gəlib,

Suda 200 metr maneələrlə üzmək

Üzgüçülük 1896-cı ildə keçirilən ilk Oyunlardan Olimpiya idman növüdür. Lakin su idman növləri həmişə indiki kimi olmayıb.

Açıq sudan hovuzlara keçmək və qadın üzgüçülərin daxil olması kimi aşkar dəyişikliklərdən başqa, Olimpiadanın ilk illərində bu gün az adamın bildiyi və ya xatırladığı qəribə bir su yarışı olmuşdu. Söhbət 200 metrlik maneəli qaçışda üzgüçülükdən gedir.

Bu yarışlar yalnız bir Olimpiadada - 1900-cü ildə Parisdə keçirilən Oyunlarda təşkil edildi.

Müntəzəm üzgüçülük yarışı zamanı iştirakçılar su yolu boyunca yerləşən  üç maneəni dəf etməli idilər: əvvəlcə dirəyi keçməli, sonra qayığın üzərinə qalxmalı, sonra isə başqa bir qayıq altında üzməli idilər.

Tədbir olimpiyaçılar üçün qeyri-rəsmi dördüncü maneəyə çevrilən kifayət qədər güclü axının olduğu Sena çayında keçirildi. Yarışda 12 nəfər iştirak etmişdi. Avstraliyalı Frederik Leyn qalib gəlmişdi.

Motorlu qayıq yarışı

1908-ci ildə Olimpiya Oyunlarında yeni bir idman növü meydana çıxdı: motorlu qayıq yarışı. Müsabiqə gəminin uzunluğundan və gücündən asılı olaraq üç qayıq sinfinə bölündü.

Əlverişsiz hava şəraiti səbəbindən planlaşdırılan 9 yarışdan altısı ləğv edildi. Keçirilən üç yarışda texniki hissə və pis hava şəraitinə görə qayıqların sürəti çox aşağı oldu: o günlərdə fırtınalı külək əsirdi.

Nəticədə Olimpiya Komitəsi Olimpiya yarışlarına motorlu idman növlərinin daha daxil edilməməli olduğunu nəzərə alaraq, bu idman növünü Oyunlardan kənarlaşdırdı.

Atla tullanma

Bu növ atçılıq idmanı növünü bir neçə sözlə təsvir etmək olar: bu, gimnastika, rəqs və at sürmə arasında bir şeydir.

Fiqurlu sürmə kimi də tanınan bu maraqlı idman növü 1920-ci il Yay Olimpiya Oyunlarına daxil edilmişdi. İdmançılar bir neçə mərhələdə yarışmalı idilər ki, bura ayaq üstə mövqedən atın üstünə tullanmaq, onun üzərindən tullanmaq və at hərəkət edərkən sərbəst hərəkətlər etmək daxil idi. Tədbirdə Belçika, Fransa və İsveç idmançıları iştirak etdilər. Qızıl medalı belçikalı Daniel Bukkaert qazandı.

Kroket

Kroket qadınları əhatə edən ilk Olimpiya idman növü olaraq qəbul edilir. Lakin oyunun mövcudluğu 1900-cü ildə Parisdə bir dəfə görünməklə məhdudlaşdı.

Bəlkə də yarışa yalnız bir tamaşaçı bilet aldığı üçün belə oldu. Amma çox güman ki, Olimpiya Komitəsinin bu idman növünü rəsmi Oyunlarda görmək istəməməsi səbəbindən bu idman növü istisna edilib. Yeri gəlmişkən, BOK-un Paris Olimpiadasının rəsmi hesabatında qeyd olunur ki, kroket “özünü atletik kimi göstərə bilməyən” bir oyundur.

Sualtı tullanma

Sualtı tullanma 1900-cü ildə Parisdə keçirilən Oyunlarda təqdim edildi. Lakin tamaşaçıların marağına səbəb olmadığı üçün BOK tərəfindən sonrakı Oyunlardan çıxarıldı.

Tədbir Sena çayında keçirildi və üzgüçülərin 60 metrlik limiti var idi.  Üzgüçülər suyun altında olduqları hər saniyə üçün bir xal və su altında üzdükləri hər metr üçün iki xal alırdılar.

Nubar Süleymanova, “İki sahil”