18 oktyabr 2024 23:29
83

COVID-19-un daha bir fəsadı

Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasının yeni araşdırması müəyyən edib ki, COVID-19 tarixçəsinin olması infarkt və ya insult riskinizi ikiqat artıra bilər.

Əgər COVID-19 keçirmisinizsə, ürək problemi riskiniz daha da artır, sanki bir dəfə infarkt keçirmisiniz.

“Bu araşdırmanın bir neçə təəccüblü tapıntısı var. Bunlardan biri də odur ki, sadəcə olaraq COVID-19 pozitiv testinin olması və müsbət PSR testinin olması riskin ən azı ikiqat artması ilə nəticələnir və bu risk heç bir zəifləmə əlaməti göstərmir”, -deyə doktor Stanley Heyzen bildirib.

Ümumilikdə, COVID-dən sonra hər kəs daha yüksək riskə malik olsa da, A, B və ya AB qan qrupu olanlar digər insanlara nisbətən xüsusilə yüksək risk altındadırlar.

Nubar Süleymanova, “İki sahil”