30 avqust 2024 10:18
266

Azərbayca-Özbəkistan qardaşliği, əməkdaşliği xeyli genişlənib

Türk dövlətləri ilə hərtərəfli əlaqələr Azərbaycanin xarici siyasətində üstunlük təşkil edir. Azərbaycan türk dövlətləri ilə daim yüksəksəviyyəli əlaqələr qurur və sözügədən dövlətlərin arasinda birliyin möhkəmlənməsində vacib fəaliyyətlər gerçəkləşdirir.

Qarabağ zəfərimiz turk dövlətlərinin həmrəyliyini daha yüksək zirvəyə daşiyaraq bizimlə ortaq dəyərlərimiz, tariximiz, mədəniyyətimiz olan turk xalqlari və dövlətləri arasinda olan əlaqələri möhkəmləndirdi.

Əlaqələrin daha da irəliləməsinə türk ölkələrinin liderlərinin Qarabağ və Şərqi Zəngəzura səfər etmələri oldu. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin səfər edən liderlərin arasinda olmasini da xüsusilə vurğulamaq lazimdir. Həmçinin iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatinin Dövlət başçilarinin Zirvə görüşü zamani Azərbaycan-Özbəkistan dövlətləri arasinda bir daha da qardaşliq əlaqələrinin şahidi olduq. Burada Qarabağ Bəyannəməsini imzamalari mühüm hadisə kimi tarixə yazmaq olar. Özbəkistan Prezidentinin Şuşa və Füzuliyə səfəri qardaşliq həmrəyliyimizin təzahürüdür.

Ötən il Füzuli rayonunda Özbəkistan tərəfindən, özbək xalqinin hədiyyəsi olaraq Mirzə Uluqbəy adina orta məktəb inşa edilib və açilişi olub. Sözügedən məktəbdə 960 şagird təhsil ala bilər.  İki dövlət arasindaki qardaşliq əlaqələrinin genişlənməsinin bir addimi da avqustun 22-də Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasina dövlət səfəri olub.

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə məhdud tərkibdə görüşü oldu. Görüşdə Azərbaycan ilə Özbəkistan arasinda münasibətlərin strateji müttəfiqlik xarakteri daşimasi qeyd edildi, digər sahələrdə: enerji, turizm, nəqliyyat sahələrində əməkdaşliq müzakirə olundu. Hər iki Prezidentin iştiraki ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarasi Şuranin birinci iclasi keçirildi.

Avqustun 23-də “Azərbaycan Respublikasi ilə Özbəkistan Respublikasi arasinda müttəfiqlik münasibətləri haqqinda Müqavilə” ilə yanaşi bir sira başqa müqavilələr imzalandi.

Sonda qeyd etmə olar ki, son illər Azərbayca-Özbəkistan qardaşliği, əməkdaşliği xeyli genişlənib. Bu həm Parlamentlər arasinda,həm digər dovlət qurumlari arasinda, həm biznes, həm mədəniyyət tədbirləri baximdan ozünü göstərir. Özbəkistan ilk ölkələrdən biridir ki, Azərbaycana Prezident təşəbbüsü ilə mənəvi dəstək olub və azad olunmuş ərazilərin bərpasinda kömək edib. Növbəti ildə Azərbayca-Özbəkistan diplomatik münasibətlərinin artiq 30 illiyini qeyd edəcəyik.

Qardaş ölkə və müttəfiq kimi inamla irəliləməyə davam edirik.

Xurşud Vəliyeva 
Baki şəh., Xətai rayonu,  24№li tam orta məktəbin Tarix müəllimi