29 avqust 2024 23:01
276

Karvan çoxdan keçib, amma it indi hürür...

Qələbəmizi həzm edə bilməyənlər əleyhimizə qarayaxma kampaniyasına son qoymurlar

Azərbaycan Ordusunun ikinci Qarabağ müharibəsindəki möhtəşəm qələbəsi bəzi bədxahlarımızı bərk incidir. Belələrindən biri də Almaniyada peyda olub. On milyonlarla insanın öldürülməsində günahkar olan cəllad Adolf Hitlerin nəvəsi, qafası bir franka dəyməyən Frank Şvabe anti-Azərbaycan fəaliyyəti ilə nə demək istəyir? Axı, o od olsa özünü yandırar.

Bunun zəncirini tərpətməsək də "Bizə qarşı niyə zingildəyir" sualına cavab tapmaq asan deyil. Özü nemes ola-ola hayların daşını başına döyür. Bir neçə səbəb ola bilər. Ancaq onların heç biri Şvabeyə əsas vermir ki, "demokratiya" deyib bar-bar bağırdığı bir zamanda simasızlıq edərək haqqı dansın, nahaqqı vicdansızcasına müdafiə etsin.

Söhbət Almaniya Bundestaqının üzvü, özünün Azərbaycanafobiya, türkafobiya fikirləri ilə tanınan və erməni lobbisinin, dünya erməniliyinin əlində alət kimi ad çıxarmış Frank Şvabedən gedir. Bu adam qanını qaşığa qoyub bizdən əl çəkmir.  Frank Şvabenin Azərbaycanla bağlı sərsəm açıqlamaları, xalqımıza qarşı fikirləri erməni lobbisinin əlində oyuncaq kukla olduğunu göstərir. Frank Şvabe xeyli müddətdir ki, ölkəmizə qarşı çirkin fəaliyyət göstərir. Onun son zamanlar qarayaxma kampaniyasında daha fəal iştirak etməsi göstərir ki, Azərbaycanın 2020-ci ildə 44 günlük müharibədə əldə etdiyi möhtəşəm Zəfər, sonrakı uğurlar,  2023-cü ilin sentyabrında  bütün ərazilərimizdə suverenliyimizin tam bərpa edilməsi, anti-Azərbaycan qüvvələrin yuxusunu ərşə çəkib.

Azərbaycan hərbi, diplomatik və qlobal səviyyədə önəmli nəticələr əldə edib və bir neçə aydan sonra keçirilməsi nəzərdə tutulan COP-29 kimi mötəbər beynəlxalq tədbirin başlanması ərəfəsində belə qara qüvvələrin fəallaşması heç də təəccüblü deyil. Çünki Şvabe kimiləri ölkəmizdə keçirilən nüfuzlu tədbirlərin mühüm nəticələrini şübhə altına almaq üçün mütəmadi qarayaxma kampaniyaları keçirirlər. Axı Şvabenin özü korrupsiyaya bulaşmış şəxsdir. Öz gözündə tiri görməyib başqasının gözündə niyə tük axtarır? Onun təmsil olunduğu partiyanın nümayəndələri müxtəlif ölkələrin xəfiyyə orqanlarına işləməkdə ad çıxarıblar. Məsələn, Şröder bu günə qədər də “Qazprom”da təmsil olunur. Görəsən, Şvabe bu barədə niyə danışmır? Sabiq Federal Kansler Angela Merkelin isə uzun müddətdir SSRİ “KQB”sinin agentləri şəbəkəsində olduğu danılmaz fakta çevrilib.

 Şantajçının siyasi “karyerasına” nəzər salanda görürük ki, Almaniyanın müvafiq ərazisindən seçilməsinə baxmayaraq o, daha çox erməni lobbisinin və erməniliyin maraqlarına xidmət etməkdədir. Yəni, öz işi ilə məşğul deyil  Digərlərinin maraqlarına xidmət etməyi, oyuncaq alətə çevrilməyi öz üzərinə götürmüş “siyasətçi” təbii ki, ölkəsinin, seçildiyi ərazinin problemlərindən daha çox məhz anti-Azərbaycan fəaliyyətlə məşğuldur. Onu idarə edən havadarları Azərbaycanın əldə etdiyi böyük uğurları həzm edə bilmirlər. Bu səbəbdən də Frank Şvabe kimi oyunçulardan alət kimi istifadə edərək qarayaxma kampaniyalarını həyata keçirməyə çalışırlar.

Görünür, Almaniya Kansleri Olaf Şoltsun Prezident İlham Əliyevlə görüşləri, o cümlədən Londondakı son görüşü Şoltsun düzgün siyasət yeritdiyini göstərir. Lakin belə gedişat Şvabe kimiləri narahat edir və bu təlaş nəticədə onun kasıb anti-Azərbaycan təfəkkürünü daha da qızışdırır.  Ancaq heç bir qüvvə ölkəmizin bu uğurunu, nüfuzunu əlindən ala, gələcək planlarını poza bilməz. Bu səbədən də Frank Şvabe kimi  oyuncaq kuklalar tarixdə yalnız öz sahiblərinin buyurduqları kimi çıxış edən, ələbaxan, simasız şəxslər kimi qalacaqlar.

Frank Şvabe və onun kimiləri unudurlar ki,  Prezident İlham Əliyevin qətiyyəti, iradəsi, rəşadəti sayəsində Azərbaycan öz torpaqlarını hərb yolu ilə işğaldan azad edib. Hazırda həmin ərazilərdə kəndlər, şəhərlər yenidən tikilib abadlaşdırılır, əvvəlkindən də yaraşıqlı görünür. Bədxah dairələr isə Qələbəmizi və yeni  uğurlarımızı qəbul edə bilmir, Şvabe kimi “siyasətçi”ləri qabağa verərək, ondan Azərbaycana qarşı alət kimi istifadə edirlər. Şvabenin həqiqəti görən gözləri kor, eşidən qulaqları kar olduğu üçün hadisələri düzgün qiymətləndirməyi bacarmır və ciddi səhvlərə yol verir. Yalnız xarabalıq bayquşları olan hayların cinayətlərini ört-basdır etmək üçün dəridən-qabıqdan çıxmaqla məşğuldur. Ancaq bunun faydasını görmədikcə daha da aqressivləşir, “mədəni” deyilən öz xalqı haqqında pis təsəvvür yaradır. Özü bilər. Biz isə belələri barədə həmişə deyirik: İt hürər, karvan keçər...Karvan çoxdan keçib, it isə hələ də hürməkdən yorulmur, yel qayadan heç nə aparmır.

Vəli İlyasov, "İki sahil"