28 avqust 2024 11:11
283

 Müstəqillik münasibətləri haqda məqalə iki dövlətin imzalaya biləcəyi ən yüksək sənəddir

Avqustun 22, 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına növbəti dövlət səfəri reallaşdı. Bu səfər zamanı 20 yeni layihə əsasında əməkdaşlıq istiqamətləri müzakirə edildi.Bu, iki ölkə arasındakı münasibətlərdə tarixi bir məqamdır.

Azərbaycan Özbəkistan liderləri arasında yaxın dostluq münasibətlərinin olduğu bunun dövlət arasında əməkdaşlıq əlaqələrinin inkişafına böyük imkanlar yaratdığı vurğulanır.İki ölkə arasında enerji,nəqliyyat və tranzit sahələrində əməkdaşlıq əlaqələri mövcuddur.Prezidentlər regionun coğrafi mövqeyini düzgün qiymətləndirərək tranzit sahəsində əməkdaşlığı davam etdirirlər.Prezidentlər arasında bağlanan sənədlərdə iki ölkə arasında insan hüquqlarının qorunması iqtisadi ticarət,mədəniyyət,turizm və.s sahələrini əhatə edir.Qarşılıqlı ,faydalı əməkdaşlıq  iqtisadi inkişafın və siyasi gücün artımına xidmət edir.

İki ölkə Türk Dövlətləri Təşkilatı,MDB,BMT,İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarda səmərəli əməkdaşlıq edir.İki ölkə arasında dəyəri 2 milyard dollar olan müqavilələr imzalanıb.Shavkat Mirziyoyev və Azərbaycan Prezidenti İlham Əliyev iri tikinti layihələrinin əsasını qoyublar.Bu layihələr hər iki ölkədə yeni iş yerlərinin yaradılmasına və əhalinin sosial-iqtisadi inkişafına böyük təkan verəcək.Prezident İlham Əliyevin Özbəkistana dövlət səfər “Qalampir”,”Upl”,”Daryo”,”Zamon” və başqa internet resursları tərəfindən işıqlandırılıb.Hazırda dünya nizamının böyük sarsıntılar və nümayişlərlə zəngin olduğu bu zamanda Azərbaycan və Özbəkistan sülhü,əməkdaşlığı təşviq etməsi və bunun üçün ikitərəfli münasibətləri müttəfiqlik səviyyəsinə çatdırılması bütün dünya dövlətləri üçün örnək olmalıdır.

Xəyalə Qələndərova,
24№-li tam orta məktəbin Tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü