26 avqust 2024 23:24
458

Xərçəngə qarşı olan bitki və meyvələr...

Əvvəldən bilməklə dünyada ən qorxulu xəstəlik olan xərçəngin qarşısını bəzi bitki və meyvələrlə almaq olur. Belə ki, yaşıl çay bitkisini on dəqiqə dəmləyib onu gündə iki-üç stəkan içmək olduqca xeyirlidir. Təmiz zeytun yağından gündə bir dəfə olmaqla bir yemək qaşığı istifadə etmək faydalıdır. Bu dəhşətli xəstəlikdən uzaq durmaq üçün adi turş alçadan, moruqdan, qaragilədən, böyürtkəndən, zoğaldan daha çox istifadə etmək lazımdır. Həmişə gavalı, şaftalı, ərik yemək adamı bu xəstəlikdən qoruyur.

Zərdəçal bitkisində də xərçəngə qarşı çıxmağa xüsusiyyətlər vardır. Belə ki, bir çimdik olmaqla onu qara bibərlə birlikdə yeməklərə əlavə edirlər. Ondan gündə bir dəfə istifadə etmək kifayətdir. Zəncəfil də bu kimi oxşa xüsusiyyətlərə malikdir.

Tərəvəzlərdən isə brokolini, gül kələmini, eləcə də digər kələm növlərini xərçəngin qənimi saymaq olar. Qazanda bişirmək, onları çiy yemək yaxşı səmərə verir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü