24 avqust 2024 01:26
515

Arıqlamaq üçün iynə? - FOTO

“Semaqlutid” son zamanlar məşhurlara və adi insanlara on kiloqram arıqlamağa kömək edən bir dərmandır. Mədəyə iynə vurursan və iştahın azalır və artıq çəki sanki əriyir. Ancaq hər şey o qədər də sadə deyil. Bu barədə rusiyalı həkim Aleksandr Myasnikov öz müəllif proqramında danışıb.

“Semaqlutid” on ildən artıqdır var, lakin diabet xəstələri üçün bir dərman kimi tanınır. Çox keçmədən ondan arıqlamaq üçün aktiv şəkildə istifadə etməyə başladılar. Qərb şou-biznes ulduzları və media “sehrli inyeksiyalara” marağı artırdı. Yaranan vəziyyəti şərh edən həkim Aleksander Myasnikov həvəsli nəticələrə tələsməməyə çağırıb.

“Uzun illərdir məlum olan köhnə bir dərman birdən milyardlarla satılmağa və milyardlarla dollar gəlir gətirməyə başladı. Ancaq bilməlisiniz ki, insanı arıqladan elə bir sehrli həb və ya iynə hələ ki yoxdur”,-Myasnikov bildirib.

Nubar Süleymanova, “İki sahil”