UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında hesab açılıb.
“İki sahil” xəbər verir ki, “Bank Respublika Arena”dakı görüşdə qonaqlar hesabda önə çıxıb.
17-ci dəqiqədə Dolev Haziza fərqlənib.
***
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında ikinci hissə qolla start götürüb.
“Bank Respublika Arena”dakı görüşdə Bakı klubu hesabı bərabərləşdirib - 1:1.
47-ci dəqiqədə Pavol Şafranko adını tabloya yazdırıb.
***
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında ard-arda üç qol vulub.
“Bank Respublika Arena”dakı görüşdə 70-ci dəqiqədə Bakı klubunun qapısına yol tapan Simiç hesabı 3:1 edib.
1 dəqiqə sonra komanda Kahim Parrislə fərqi azaltmağa müvəffəq olublar. Bununla belə, 73-cü dəqiqədə Leor Rafaelovla daha bir qol vuran "Makkabi" hesabı 4:2-yə çatdırıb.
***
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında əsas vaxt başa çatıb.
“Bank Respublika Arena”dakı görüş qonaqların 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bakl təmsilçisi səfərdə 3:0 hesabı ilə qalib gəldiyindən ümumi hesab bərabərləşib. Komandalar hər biri 15 dəqiqədən ibarət olan iki hissədə güclünü ayırd etməyə çalışacaq.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB