27 iyul 2024 11:56
295

Son altı ayda sosial ödənişlərin məbləği 4 milyard 382 milyon manat olub

Sosial ödənişlərə yönəldilən vəsaitlərdə artım dinamikası 2024-cü ilin 6 ayında da davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, bu ilin yanvar-iyun ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 4 milyard 382 milyon manat vəsait ödənilib.

Onu da qeyd edək ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 408,5 milyon manat və ya 10,3 faiz çoxdur.