23 iyul 2024 00:37
423

Keyfiyyətli gün eynəyini necə seçməli? - Həkim məsləhəti

Keyfiyyətsiz və saxta gün eynəkləri göz sağlamlığınıza ciddi zərər verə bilər. Saxta gün eynəkləri UV (ultrabənövşəyi) şüalarına qarşı adekvat qoruma təmin etmir və bu səbəbdən gözlərinizi yüksək enerjili UV şüalarına məruz qoyur. Bu, göz lensindəki proteinlərin deformasiyasına və bulanıq görmə vəziyyəti olan katarakta səbəb ola bilər.

Buna görə, günəş eynəyi alarkən keyfiyyətli və UV şüalarına qarşı tam qoruma təmin edən məhsulları seçmək vacibdir. Uzm. Dr. Cuma Reyhan vətəndaşlara saxta eynəklərlə bağlı xəbərdarlıq edib.

Yay aylarının gəlməsi ilə birlikdə günəş eynəklərinin istifadəsinin artdığını xatırladan Reyhan, saxta günəş eynəklərinin ultrabənövşəyi şüalara qarşı qoruma təmin etmədiyinə diqqət çəkdi. Belə ki, saxta eynəklərin istifadəsi gözün zədələnməsinə və görmə dərəcəsinin artmasına səbəb ola bilər. Keyfiyyətsiz, qeyri-leqal şəkildə istehsal olunan eynəklərdən istifadə edilməməsi lazım olduğunu vurğulayan Reyhan, optika məsləhətçiləri tərəfindən tövsiyə olunan eynəklərin istifadə edilməsini məsləhət görüb.

Eynək alarkən bunlara diqqət edin

Mütəxəssis  optik məsləhətçi  olmayan yerlərdən günəş eynəyi almamağı tövsiyə edib. Çünki keyfiyyətli bir günəş eynəyi almaq üçün belə şəxslərə mütləq ehtiyac var: “Optika məsləhətçiləri Səhiyyə Nazirliyindən lisenziya almış və universitet məzunu diplomalı şəxslərdir. Buna görə də sırf günəş eynəyi alacağam deyə peşəsi, lisenziyası, diplomu olmayan yerlərdən günəş eynəyi almamalarını tövsiyə edirik. Çünki orijinal olmayan eynəklər keyfiyyətsizdir. Vətəndaşımız saxta eynək taxmaqdansa heç taxmasın, daha yaxşıdır".

Saxta gün eynəkləri katarakta yaradır

Uzm. Dr. Cuma Reyhan qeyd edib ki, saxta günəş eynəkləri fayda vermədiyi kimi, bir çox sağlamlıq problemlərinə də yol aça bilər. Optik məsləhətçilər alıcılara üz şəklinə uyğun bir eynək tövsiyə edir, bu eynəklər keyfiyyətli olur və ən azı 2 il zəmanəti vardır. İnsanlara zəmanət sənədini almadan günəş eynəyi almamalarını tövsiyə edirik. Ən önəmli orqanlarımızdan biri gözdür, saxta günəş eynəyi taxdıqda gələcəkdə göz xəstəliyi yaranabilir. Xüsusilə, 40 yaşdan yuxarı insanlarda katarakt ola bilər. Bu səbəbdən saxta günəş eynəklərinin alınmasını təhlükəli hesab edirik. Günəş şüalarına qarşı qoruyucu olması və göz sağlamlığını qorumaq məqsədilə istifadə edilən günəş eynəkləri saxta olduqda əks təsir göstərərək ciddi xəstəliklərə yol açır”.

Günəş eynəyi qiymətlərinin marka və keyfiyyətə görə dəyişdiyini vurğulayan Reyhan, saxta günəş eynəyi satışı ilə mübarizə üçün nəzarətlərin artırılmasını mühüm hesab edib.

Nigar Orucova, “İki sahil”