27 iyun 2024 11:52
347

“Masdar” Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır

Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra suveren dövlət kimi dünya dövlətləri ilə ikitərəfli, çoxtərəfil siyasi, iqtisadi, mədəni əlaqələr yaradıldı. Dünyanın əksər dövlətləri Azərbaycanla siyasi əlaqələri daha da möhkəmlətməkdədir. Bu baxımdan dünyanın böyük dövlətlərinin televiziya kanalları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən müsahibələr götürməklə bu və ya digər dünyəvi məsələlərin şərh edilməsinə maraq göstərir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyunun 21-də “Euronews”ə müsahibəsi də bu qəbildəndir. Müsahibə son illərin qlobal problemlərini əhatələyib və dövlət başçımız verilən sualları Azərbaycanın dövlət maraqları baxımından şərh edib.

Azərbaycanda yaxşı sərmayə mühiti olduğunu qeyd edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd edib ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsi qeyd edib ki: “Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. “Masdar” bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır.

Ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışını etdik. Bu gün isə ümumi gücü 1 qiqavat olan üç günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimini keçirdik. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir. Beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik. “Masdar” strateji tərəfdaşdır. Həmçinin “ACWA Power” var. Daha sonra, BP sərmayədarlarımız sırasındadır və bizimlə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. Bir sözlə, biz neft və qaz sahəsində hər şeyi başdan-ayağa bilirik. Burada isə biz təzə başlayırıq. Çətinliklərə gəldikdə, bu, milli enerji şəbəkəsi ilə bağlıdır, çünki biz onu gücləndirməliyik ki, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul edə bilsin. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun”.

Arzu Məmmədova,
YAP Xətai rayon təşkilatının üzvü