27 iyun 2024 11:19
389

Azərbaycan bölgənin enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ölkəmiz yaşıl enerji istehsalı sahəsində böyük layihələrə imza atıb və bu istiqamətdə işlər davam etdirilir.  Prezident İlham Əliyev 21 iyun tarixində Euronews televiziya kanalına müsahibəsində Azərbaycanın neft-qaz ixrac edən ölkə olmaqla yanaşı yaxın gələcəkdə yaşıl enerji ixrac edən dövlət olacağını və bu sahədə dünyanın nəhəng enerji şirkətləri ilə yüksək səviyyədə əməkdaşlıq edildiyini vurğuladı

Son illərdə Avrasiya məkanında baş verən bir sıra geosiyasi proseslər, enerji amilinin siyasi hadisələrə təsiri fonunda Azərbaycanın zəngin neft və qaz ehtiyatlarına malik olan ölkə kimi əhəmiyyəti getdikcə artır. Avropa Birliyi gələcəkdə enerji təhlükəsizliyinin təmin edilməsində və alternativ mənbələrə çıxışda ölkəmizin əhəmiyyətini yüksək qiymətləndirir. Azərbaycan həmçinin bölgənin enerji təhlükəsizliyinin əsas təminatçısı rolunu oynamaqdadır. Bütün bunlarla yanaşı ölkəmizin bu gün həm də bərpaolunan enerji istehsalı sahəsində də aktiv çalışmalara başlaması Azərbaycanın enerji sektorunda mövqelərini daha da möhkəmləndirir. Hal-hazirda enerji keçidi ən müasir texnologiyalar tətbiq edilməklə ənənəvi enerji resurslarının bərpa olunan enerji mənbələri ilə əvəz edilməsini özündə ehtiva edir. Bərpa olunan enerji texnologiyalarının  sürətli inkişafı və dünya ölkələrinin qarşıya qoyduqları iqlim hədəfləri “yaşıl enerji” keçidini sürətləndirməkdədir.  

Müsahibədə Cənab Prezidentimiz bildirib ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Dövlət başçımız ilk növbədə qeyd etmişdir ki, keçirdiyi yüksək səviyyəli beynəlxalq tədbirlər vasitəsilə ölkəmiz özünün yaşıl gündəliyini nümayiş etdirir. Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. O cümlədən “Masdar” bu gün Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır. Azərbaycan hazırda ənənəvi enerjidən əldə etdiyi gəlirləri bərpaolunan enerjiyə yönəldir.

Prezident İlham Əliyevin dediyi kimi, COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq Azərbaycanın üzərinə düşən öhdəlikdir. Ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır. COP-29-a ev sahibliyi edən Azərbaycanın yaşıl enerjiyə keçid prosesində öndə gedən dövlətlərdən olması dünya ölkələrinə bir nümunədir.Azərbaycan bərpa olunan enerji istehsalı ilə əlaqədar "Masdar" şirkəti ilə yanaşı "ACW Power" və "BP" şirkətləri ilə də sıx əməkdaşlıq edir. Eyni zamanda bir çox dövlətlərin şirkətləri də ölkəmizlə əməkdaşlıq etməyə maraqlıdırlar. Azərbaycanın  yaşıl enerji istehsalı və ixracı təbii qaza da böyük həcmdə qənaət etmiş olur ki, bu da Avropa dövlətlərinə təbii qazın nəqlinin artırılmasına səbəb olacaq.

Azərbaycanın özünə planlaşdırılan  qədər bərpaolunan enerji lazım olmadığı və bu səbəbdən hədəfin  ixrac olduğunu bildirən Prezidentimiz onu da vurğulayıb ki,bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən, indi Avropaya lazım olan qaydada nəql olunsun. Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox nümayəndə iştirak etmişdir. Tədbir artıq 30 ildir keçirilir. Birinci tədbir hələ 1994-cü ildə təşkil olunmuşdu. Cənab Prezident tədbir barədə bu fikri irəli sürmüşdür:” Tədbir öncə Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını aldı. Sonra biz bərpaolunan enerji sahəsində işə başladıq və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi. Qısa müddət ərzində bir ölkədə hər istiqamətdə - neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində uğurları görə bilərsiniz.”

Bütün bunlar onu deməyə əsas verir ki, artıq Azərbaycan neft, qaz sahəsində olduğu kimi yaşıl enerji sahəsində də böyük uğurlar qazanıb.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri