20 iyun 2024 11:26
294

Rusiya və KXDR arasında imzalanan saziş ABŞ və tərəfdaşlarını narahat edib - “Bloomberg”

Rusiya və KXDR arasında qarşılıqlı hərbi yardımın göstərilməsini nəzərdə tutan strateji tərəfdaşlıq haqqında yeni saziş həm ABŞ-da, həm də Vaşinqtonun digər tərəfdaş ölkələrində ciddi həyəcan yaradacaq.

“İki sahil” xəbər verir ki, bu barədə “Bloomberg” Rusiya və KXDR başçılarının imzaladığı sazişi şərh edərkən yazır.

Agentliyin Şimali Koreya lideri Kim Çen Ina istinadən verdiyi məlumata görə, saziş iki ölkə arasında imzalanmış “ən təsirli” sənəd olub və Moskva ilə Pxenyan arasında əlaqələri “müttəfiqlik səviyyəsinə” yüksəldir.

İyunun 19-da Pxenyanda çıxış edən Rusiya Prezidenti Vladimir Putin bildirib ki, iki ölkə arasında hərtərəfli tərəfdaşlıq sazişi iştirakçılardan birinə qarşı təcavüz halında qarşılıqlı yardımı da nəzərdə tutur.

Kim Çen In vurğulayıb ki, saziş regionda sülh və sabitliyin qorunmasına yönəlib.