İranın ABŞ ilə problemi ondan ibarətdir ki, danışıqlar başlayan zaman Vaşinqton İslam Respublikasına hücum edir.
“İki sahil” ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdə bildirib.
"Bizim ABŞ ilə problemimiz ondadır ki, hər dəfə danışıqlar masasına gəldiyimizdə, dərhal bizə müharibə təhmil edilir", - İran Prezidenti bildirib və əlavə edib ki, ölkəni hücum və sanksiyalarla təhdid edən Vaşinqtonla danışıqlar aparmaq mənasızdır. Onun sözlərinə görə, ABŞ indiyədək danışıqlar zamanı üç dəfə İrana hücum edib: "Məqsədləri İran İslam Respublikası quruluşunu devirməkdir.
ABŞ-nin quruluşu devirmək məqsədilə İrana hücumu xalqımızın daha da həmrəy olmasına səbəb olub və Allahın izni ilə bu mərhələdən də başıuca keçəcəyik".
Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır
Ararat Mirzoyan TRIPP layihəsinin icrasının gedişi barədə İran Prezidentinə məlumat verib
Husilər aviaşirkətləri Səudiyyə Ərəbistanının hava məkanından yayınmağa çağırıblar
Meloni deepfeyklərlə mübarizə üçün səsini ticarət nişanı kimi qeydiyyatdan keçirir