13 iyun 2024 13:41
368

Şuşa Bəyannaməsini qlobal təhlükəsizlik sistemində uğurlu müdafiə konsepsiyasıdır - POLİTOLOQDAN AÇIQLAMA

44 günlük Zəfər savaşı həm də Azərbaycanı son 200 ildə torpaqlarını düşmən işğalındanazad edən ölkə kimi tarixə həkk etdi. Azərbaycan ATƏT, Avropa Şurası coğrafiyasında, postsovet ölkələri siyahısında torpaqları işğal altında olanxalqlar arasında suverenliyini bərpa etmiş ilk dövlətdir: "Azərbaycan xalqı bunun üçün çox uzun yol gəldi, illərlə cəmiyyət, dövlət quruculuğu, həmçinin gənclərin milli və mənəvi dəyərlər əsasında tərbiyə olunması istiqamətində geniş iş apararaq bu Zəfəri, qalibiyyəti əldə etdi.  Qalibiyyətin, Zəfərin verdiyi motivasiya ilə də xalq olaraq çox qısa müddətdə, 4 il ərzində kifayət qədər uğurlara imza atdıq. 

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Yeganə Hacıyeva söylədi. 

Politoloq vurğuladı ki, dövlət olaraq dünyada qlobal dəyişikliklərdə Qoşulmama Hərəkatı, İslam ƏməkdaşlıqTəşkilatı və Avropa Şurası kimi böyük qurumlarda rolumuz artdı. Bunun nəticəsi kimi COP29 kimi nüfuzlu tədbirə ev sahinliyi edirik.  Bununla yanaşı, Cənubi Qafqaz regionunda sülh və stabilliyə xidmət edəcək güclər balansını total olaraq öz xeyrimizə dəyişdik.  Yaxın Şərq və Asiya, həmçinin Yaxın Şərq vəAvropa arasında kommunikasiyalar üzrəüstünlüklər əldə etdik. Bu, dövlətimizin vəxalqımızın gələcəyi üçün uzunmüddətlimüstəvidə çox böyük iqtisadi sərmayədir. Bu gün biz Zəfər tarixinin faydalarını qismən görürük, amma gələcək nəsillər bunu daha yaxşı hiss edəcək. 44 günlük Vətən müharibəsində Azərbaycanın mədəniyyət beşiyi Şuşanın azad olunması ilə biz Zəfərimizi məntiqi yekuna çatdırdıq. Qarabağ, Xankəndi və Xocalı ilə bağlı mərhələni uğurla adladıq. Azərbaycan Respublikası Konstitusiyasının şərtlərini , dövləti  mövcudluğumuzu bütün ərazilərimizdə , bərpa etdik. Qarabağla bağlı böyük güclərin hansı planının olmasından asılı olmayaraq bu proseslər davam etdirdik. Bu müharibədə dünyaya: "Biz də varıq!", - kimi mesajlar verən ölkə olaraq öz mövcudluğumuzu, müqəddəratımızı təmin etdik. 

Ekspert qeyd etdi ki, Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədə hərbi, iqtisadi, siyasi, humanitar, təhsil və səhiyyə kimi bir çox sahələrdə əməkdaşlıq razılaşması əldə edib. Bu, Azərbaycanın çoxvektorlu xarici siyasətində müdafiə imkanlarını  genişləndirdi. Şuşa Bəyannaməsini Türkiyə-Azərbaycan münasibətləri, formalaşmaqda olan yeni beynəlxalq nizamda qlobal təhlükəsizlik çərçivəsi, hüquqlarının müdafiəsi konsepsiyası kimi də dəyərləndirmək lazımdır. Çünki Şuşa Bəyannaməsi üzərindən Azərbaycan və Türkiyə Cənubi Qafqazda ikili münasibətlərdə bir-birinin təhlükəsizliyini qoruduğu kimi, həmçinin digərlərinin, yəni regionu nəqliyyat və digər imkanlarını istifadə edən tərəflərin də maraqlarının qorunması istiqamətində çalışır.

Cavid Əkbərov, "İki sahil"