12 iyun 2024 12:09
240

AXC-Müsavat cütlüyünün səriştəsiz idarəetməsi dövlətçiliyin itirilməsi təhlükəsi yaratmışdı

Xalqın tələbi ilə əvvəl istefa verən sonra hakimiyyətə yenidən qayıdan Ayaz Mütəllibov 1992 ci il mayın 16-sında ölkədən qaçdı. AXC- Müsavat cütlüyü hakimiyyəti zəbt etdi. Bakıdakı hərc-mərclikdən istifadə edən ermənilər isə mayın 18-də strateji əhəmiyyətli Laçın rayonunu işğal etdilər. İdarəçilikdə yol verilən ciddi qüsurlar ölkədəd xaos yaratmışdı. Həm iqtidarın səriştəsiz siyasəti, həm də xarici güclərin təhrikçiliyi ölkə daxilində separatçı qüvvələri ruhlandırdı. 1993-cü ayın əvvərində hərbi qiyam başladı. Sürət Hüseynovun başçılıq etdiyi hərbi hissə ölkə rəhbərliyinə tabe olmaqdan imtina etdi. İyunun 4-də Gəncədə silahlı toqquşma baş verdi və hökumət qüvvələri məğlub oldu.

Qiyamçılar Bakı istiqamətində irəliləməyə başladılar. Yaranmış böhranlı vəziyyətlə əlaqədar hökumət qiyamçılarla danışıqlara getməyə məcbur oldu. Qiyamçıların tələbi ilə parlamentin sədri, Baş nazir və üç güc naziri istefaya göndərildi. Ölkədə hakimiyyətin faktiki olaraq qiyamçıların əlinə keçməsi təhlükəsi yarandı. Belə bir vaxtda Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini Əlikram Hümbətov cəbhə bölgələrindən çıxardığı hərbi dəstələri cənub bölgəsinə apardı. O,Lənkəranda qanuni hakimiyyəti devirdi və qondarma “ Talış-Muğan Respublikası”nın qurulduğunu bəyan etdi. Beləliklə, 1993-cü ilin yayında respublikada böhran dərinləşdi və hakimiyyət boşluğu yarandı.

Siyasi böhran ölkəni parçalanma və vətəndaş müharibəsi həddinə çatdırdıqda iqtidar Heydər Əliyevə müraciət etməli oldu. Xalq öz xilskarının hakimiyyətət dəvət etdi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın  təkidli dəvətini qəbul edib Bakıya gəldi.  Ulu Öndər  hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə getdi və orada baş qaldırmış qiyamın qarşısını aldı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ümummilli Lider  doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi.  İyunun 15 –də Azərbaycan Respublikası Ali Sovetinin fövqəladə sessiyasında Heydər Əliyev Ali Sovetin Sədri seçildi. Həmin gün ölkəmizin tarixinə Qurtuluş Günü kimi daxil oldu.

Aybəniz Məmmədzadə,
Xətai rayonu, 63 saylı orta məktəbin Tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü​