09 iyun 2024 14:05
314

Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur

Hər nə qədər tarixi hökmdarlar, rəhbərlər olub. Yalnız qaliblər yadda qalıb.

XX əsrin əvvəllərində Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir.” Bununla Azərbaycanı dəstəklədi.

XX əsrin axırında Ulu Öndər Heydər Əliyev demişdir: “Bir millət, iki dövlət.” Bununla türkçülük birliyinə möhür vuruldu.

2021-ci il 15 İyunda Şuşa şəhərində bağlanmış “Şuşa bəyannaməsi” isə qardaşlığın möhkəmlənməsinin təməlidir.

2008- ci il İstanbulda yaranmış Beynəlxalq təşkilat TÜRKPA (Türk Dövlətləri Parlament Assambleyası) yarandı. 

Prezident İlham Əliyev 2024-cü il 6 İyunda paytaxt Bakıda  TÜRKPA-nın nümayəndə heyətini qəbul edib. Baş katib Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Kaşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cumhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib.

Azərbaycan torpaqlarının bütövlüyünü bərpa etdikdən sonra ölkə Prezidenti İlham Əliyev bu zəfəri qazandığı kimi, Türk birliyinin yaratmaqla dünyada güclü olmağa addımlayır.

Prezident görüş iştirakçılarını çox səmimi salamlayaraq TÜRKPA-nın növbəti toplantısının yaxşı nəticələr verəcəyinə əminliyini bildirdi. Azərbaycanın xarici siyasətinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub.

Prezident İlham Əliyev prezident seçkilərindən sonra and içmə mərasimində öz çıxışında bildirmişdir ki, “bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur!” Prezident Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da möhkəmləndirir deməklə öz əminliyini bildirdi. Prezident onu xüsusi ilə vurğuladı ki, ildə bir dəfə zirvə görüşü kifayət etmir. Çünki, həm sürətli, həm də davamlı təmaslara ehtiyac var. Eyni zamanda hər bir zirvə görüşü birliyimizi daha da möhkəmləndirir.

Bu görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlıdır. Bu gün nəqliyyat əlaqələrinin qurulması Türk dünyasının birləşməsi ilə sıx bağlıdır.

Azərbaycan bu il “COP29” konfransına ev sahibliyi edəcək. Çox məsuliyyətli bir qlobal tədbir ərəfəsində qardaş Türk dövlətləri də bu məsələnin müzakirə edilməsi ən inamlı addımlardır.

Özbəkistan Ali Senat sədri xanım Tənzilə Nabayev öz çıxışında qeyd edir ki, sizin TÜRKPA-nın yaradılması ideyanız artıq müsbət nəticələrini verir. Biz bu işdə daha da fəal olacağıq. O, çıxışının sonunda prezidentə öz təşəkkürünü bildirərək deyir: “Siz böyük işlər görmüsünüz, uzaqgörənliyiniz, yüksək peşəkarlığınız və təşkilatçılığınız bütün dünyanı heyran qoymaqda davam edir.”

Türk Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun çıxışında daha doğmalıq var idi. Qarabağın qısa müddətdə qeyri-adi dərəcədə böyük cazibə mərkəzi olacağını bilirik və qururuq. Burada Türkiyə Respublikası prezidenti R.T.Ərdoğannın çox açıq-dəqiq sözləri – “Türkiyə Azərbaycanın yanındadır!” deməsi Azərbaycan prezidenti və xalqına güc verdi. Bu gün Qarabağda nəhəng layihələrin icrasında Türk şirkətləri fəal iştirak edir.

Qazaxıstan Parlament Məclisinin sədri Yerlan Kaşanov isə öz çıxışında xüsusi vurğuladı ki, bu gün Azərbaycan gələcəyə inamla baxan dinamik dövlətdir.

Onu da qeyd etməliyəm ki, Qazaxıstan Prezidenti Azərbaycana səfəri zamanı Füzulidə hədiyyə olaraq uşaq yaradıcılıq mərkəzi açdı. 

Macarıstan Milli Assambleyası sədrinin müavini xanım Marta Matrai qeyd edib ki, bu qardaşlıq əlaqələri elə-belə deyil. Bizim köklərimiz və soyumuz birdir. Azərbaycan Macarıstan üçün strateji tərəfdaşdır. Bu gün 200-ə yaxın Azərbaycanlı tələbə Macarıstanda oxuyur. Azərbaycan prezidenti ona təşəkkür edərək bildirdi ki, bizim Avropa ittifaqında bir nömrəli tərəfdaşımız məhz Macarıstandır. Yeri gəldikdə bizi müdafiə edirlər. Xanım Marta: “Biz sizi sonuna qədər müdafiə edəcəyik, sizin dostluğunuza ümid edirik.” Bu sözlər əlbəttə ki, Azərbaycan prezidenti İ. Əliyevin düzgün və cəsarətli xarici siyasətindən ədalətin, əmin-amanlığın, həqiqətin bərqərar olmasından xəbər verir.

Şimali Kipr Türk Cumhuriyyəti Məclisinin sədri Zorlu Törenin çıxışı bir qədər kədərli və düşündürücü oldu. O, prezident Ersin Tatardan və Kipr xalqından salam yetirərək, türkün onların yanında olduğunun qiymətini anlatdı. “Təbii ki, Türkiyə bizimlə kədərdə, sevicdə, qayğıda bir və bərabər olmasaydı 20 iyunda, yəni 50 il əvvəl Sülh hərəkatımız reallaşmazdı və bu gün Kiprdə bir Türk dövləti qurulmazdı. Mən Kiprin Lamaka şəhərində doğulmuşam. Yunanlar orada bir erməni abidəsi inşa ediblər və soyqırımı qəbul edirlər. İnkar edənləri həbs etmək üçün qanun qəbul ediblər. Lakin Türkiyə həmişə yanımızdadır. Mən bu gün burada müşahidəçi kimi iştirak edirəm.Şimali Kipr Türk Cumhuriyyəti ən yaxın zamanda əsil üzvülüyə keçər. Bəlkə o zaman Avropa ittifaqı, BMT, Amerika təzyiqlərdən vaz keçər. Azərbaycana xüsusilə təşəkkür edirik ki, bizim parlamentlə dostluq qrupu yaratmışdır. Qarabağda şəhidlər verdik, amma nəticədə Vətən verdik. Biz bir olaq, iri olaq, diri olaq və güclü olaq. Bu günləri gördüyümüz üçün Allaha Şükür.” Mən Zorlu Törenin çıxışını ona görə tam verdim ki, hələ də Türk  dövlətlərinin başqa olduğu anlaşılsın.

İlham Əliyev öz çıxışında, “əminəm ki, bir gün gələcək Şimali Kipr Cumhuriyyəti də Təşkilatın tam hüquqlu üzvünə çevriləcək” demişdir. Bakıda Şimali Kipr Türk Cumhuriyyətinin mədəniyyət günlərinin keçirilməsi, Ersin Tatarın gəlməsi, sizin müşahidəçi kimi iştirakınız artıq bu yolda bir addəm atıldığını göstərir.

Təşkilatın gedişində Qırğızıstan Joqorki Keneşinin sədəri Nurlanbek Şakiyevin çıxışı daha da kəsəli oldu. Şuşa şəhərində olmuş və bura dünyanın ən gözəl torpaqlarıdır deyərək öz razılığını bildirdi. Bu gün biz Azərbaycanda TÜRKPA-nın toplantısında iştirak eməyimiz sizin böyük xidmətinizdir.

Prezident  Təşkilatın iştirakçılarına dəyərli fikirləri üçün təşəkkür etdi. Hamısına ayrılıqda ölkə başçılarına səmimi salamlarını çatdırmalarını xahiş etdi.

Mən bu maqaləni yazarkən məndə belə bir fikir yarandı. Mən əminəm ki, Türk dövlətlərinin birliyini və möhkəmlənməsinin nəticəsində Turan birliyi yaranacaq və bu bir Dünya gücü olacaqdır!

Qarabağ Fatehi  İlham Əliyev “Qarabağ Azərbaycandır!” şüarı ilə Azərbaycan xalqını və torpaqlarını birləşdirdi. Bu adi bir şuar deyildi. Bu həm də əbədi var olmaqdır. Dünyada biz varıq və çoc güclüyük deməkdir!

İlk müsəlman ziyalılarından olan İsmayıllı Qaspiralı demişkən: “Dildə, fikirdə, işdə birlik.” Birliyin əsas şüarı budur. 

Nuriyyə Hüseynova,
Xətai rayonu, R.Əliyev adına 254 №-li tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü