08 iyun 2024 11:33
127

Enerji siyasətinin təqdimatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Gaz “Caspian Oil and Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji, “Caspian Pover” sərgilərinin rəsmi açılış mərasimində iştirak edib. O, qonaqları salamlayıb və təşkilatçılara minnətdarlığını bildirmişdir.

Xəzər Neft və Gaz sərgisi 30 il bundan əvvəl-1994-cü ildə fəaliyyətə başlamış, Azərbaycanın enerji sektoruna bir başa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır. O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərinin- neft, qaz, kəşfiyyat və hasilat, emal və nəqliyyatı və əlbəttə ki, yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir.

30 il bundan əvvəl Azərbaycan əlbəttə ki, başqa bir ölkə idi, bu il isə zəfərlərə imza atmış qalib ölkəyik. Keçirilən bu tədbir əslində ölkənin potensialının ilk beynəlxalq təqdimatı idi. Birinci Xəzər Neft və Qaz sərgisinin keçirilməsindən bir neçə ay sonra 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Məhz bunun nəticəsidir ki, BP şirkəti 30 ildir bizim strateji tərəfdaşımızdır. 

Yeri gəlmişkən Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidro elektrik stansiyalar istifadəyə verilib. 

Azərbaycan Respublikası bundan sonra xarici dövlətlərlə əməkdaşlığını daha da genişləndirəcək. 

Elmira Əsgərova,
YAP Xətai rayon təşkilatının “Məzahir Rüstəmov 35” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü