27 may 2024 21:00
110

Müasir müstəqil Azərbaycanı Xalq Cumhuriyyətinin varisidir

Dünyada parlamentli Respublikalar çoxdur. Parlament – (parler – “danışmaq” deməkdir) hakimiyyət bölgüsü mövcud olan dövlətlərdə Ali qanunverici və səlahiyyətli orqandır. Bu gün dünyanın əksər dövlətlərində Parlament sistemi mövcuddur. Adları müxtəlif olsa da parlamentin funksiyaları bütün ölkələrdə oxşardır. İtalya, Almaniya, Gürcüstan, Avstriya və s. Parlamentli respublikadır. Dünyada ilk dəfə parlament İslandiyada olmuşdur. Bu tarixdə ilk qurum hesab edilir. Artinq (ümumi yığıncaq) adlanan bu hakimiyyət orqanı 930 – cu ildə yaradılıb.

Qədim Romada isə Ali dövlət orqanı Senat idi. (b.e.ə. VI əsr). Müasir demokratiyanın və parlamentalizm ənənəsinin vətəni İngiltərə sayılır. Britaniya parlamenti dünyanın ən qədim parlamenti deyil, lakin, birmənalı olaraq digər parlamentlər üçün örnək sayılır. Fransada ilk parlament 1278 – ci ildə yaranıb və Paris parlamenti adlanırdı. Rusiyada ilk parlament isə 1907 – ci ildə yarandı. 1917 – ci ildə Fevral inqilabından sonra “Duma” buraxılır. Sovet dövründə isə SSRİ Ali Soveti dövlətin idarəçiliyini həyata keçirir.

Azərbaycan Parlamentinin yaranması isə Xalq Cumhuriyyəti dövründə çox çətin və mürəkkəb bir tarixi şəraitdə meydana gəlmişdir.

1917 – ci il Fevral inqilabından sonra Zaqafqaziyanı idarə etmək üçün Zaqafqaziya komissariatı yaradılır. Oktyabr çevrilişindən sonra siyasi vəziyyət dəyişdi. 1918 – ci il Fevralın 14 – də Zaqafqasiya Seymi yarandı. Zaqafqasiya Seymi dağıldıqdan sonra mayın 27 – si Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan höküməti yaratmaq üçün Seymin 44 nəfər müsəlman nümayəndələri Tiflisdə Azərbaycanın idarə olunmasını öz üzərlərinə götürürlər və özlərini Azərbaycanın Milli Şurası elan edirlər. M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir. 1918 – ci il Sentyabrın 15 – də Bakı Qafqaz İslam Ordusu tərəfindən azad olunur. Sentyabrın 17 – də F.X Xoyski höküməti Gəncədən Bakıya köçür. Bakı Azərbaycan Cumhuriyyətinin paytaxtı olur. Noyabrın 19 – da Milli Şuranın iclasında qeyd olunur ki, Azərbaycan Xalq Cumhuriyyəti Milli Şurası Azərbaycan ərazısındə yaşayan bütün millətləri təmsil etməlidir. Beləliklə hər 24000 nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar - 80, ermənilər – 21, ruslar – 10, almanlar – 1, yəhudilər – 1 nümayəndə olmaqla 120 nəfərdən ibarət Azərbaycan parlamenti formalaşdı. Parlament cəmi 17 ay fəaliyyət göstərdi. İlk iclas 1918 – ci il Dekabrın 7 – də, sonuncu iclas isə 1920 – ci il Aprelin 27-də oldu. Sovet dövründə isə Ölkənin parlament funksiyasını Azərbaycan SSRİ – nin Ali Soveti həyata keçirir. Bu parlament 1995 – ci ildən etibarən Azərbaycan Respublikasının Milli Məclisi adlanır. Hal – hazırda Milli Məclisin sədri Sahibə Qafarovadır.

Müstəqilliyimizin və ya Respublika günü 1918 – ci ildən müsəlman şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cumhuriyyətinin yarandığı gündür. 15 Oktyabr 2021-ci ildən Respublika günü adı dəyişdirilərək Müstəqillik Günü olmuşdur.

Müstəqil Azərbaycan Cumhuriyyəti qısa ömründə böyük nailiyyətlər əldə etmişdir. İlk dəfə qadına seçki hüququ, milli ordu, milli pul vahidi, milli bank, başqa xalqlarla əlaqələrlə Azərbaycanın Dünyada tanınmasını Cumhuriyyət təmin etmişdir. Çox təəssüf olsun ki, Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai – siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərdi. Bolşeviklərin hücumuna məruz qalan Cumhuriyyət müvəqqəti devrildi. Lakin İstiqlal ideyası yenilmədi, 1991 - ci ildə Sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi

Prezident İlham Əliyev demişdir: ”Azərbaycan Xalq Cumhuriyyətinin yaranması tarixi hadisə idi. Çünki, ilk dəfə olaraq müsəlman aləmində Demokratik Respublika yarandı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk Demokratik Respublikasının yaranmasının müəllifi olmuşdur".

Müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanı Xalq Cumhuriyyətinin varisi adlandıraraq deyir: “ 28 May Azərbaycan xalqı üçün əziz gündür. Çünki, 1918 – ci ildə məhz 28 Mayda Azərbaycanın qabaqcıl insanları Azərbaycanın müstəqilliyi haqqında istiqlal bəyannaməsini qəbul etdilər və müstəqil Azərbaycan Xalq Cumhuriyyətini qurdular.

Bu gün Zəfər çalmış qalib sərkərdə, dünya liderlərinin hesablaşdığı, Ulu Öndərin layliqli davamçısı İlham Əliyev siyasət aləmində imzası olan müstəqil Azərbaycanın qarantıdır.

Bu müstəqilliyi bizə yaşadan şəhidlərə Allahdan rəhmət diləyirik!

Nuriyyə Hüseynova,
Xətai rayonu, R.Əliyev adına 254 №-li tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü