26 may 2024 18:49
448

Tarixi ədalət bərpa olunacaq

Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri İrəvanı, bizim qədim şəhərimizi Ermənistana vermək idi. Belə ki, Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli qərarına əsasən ermənilərə dövlət yaratmaq üçün İrəvanla birlikdə bəzi Azərbaycan torpaqları verilmişdir. Qədim Azərbaycan torpaqlarında yeni yaradılmış Ermənistan respublikası Göyçə gölü ilə Osmanlı dövlətinin yeni sərhədləri arasındakı dar dağlıq ərazini əhatə edirdi. Qərar qəbul olunarkən 28 nəfər Milli Şura üzvündən 20-si iştirak edirdi. Onlardan qərarın lehinə 16 nəfər səs vermiş, biri əleyhinə olmuş, 3-ü bitərəf qalmışdı. Yəni qərar üçdəiki səs çoxluğu olmadan qəbul edilib. 

Beləliklə qədim Azərbaycan torpağında Ermənistan dövləti yaradıldı. Erməni xisləti zaman-zaman özünü qabarıq çəkildə göstərib. Son iki əsr ərzində Qərbi Azərbaycanda ermənilər soydaşlarımıza qarşı deportasiya, soyqırımı, etnik təmizləmə siyasəti aparıblar. Məhz bu ərazilərdə Azərbaycanın tarixi-mədəni irsinin məhv edilməsi, azərbaycanlıların ermənilər tərəfindən assimlyasiya və izolyasiyaya məruz qalması tarixi reallıqdır. Təsadüfi deyil ki, Ermənistanda azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə baş verib. Bu proses 1905-1906-cı, 1918-1921-ci, 1948-1953-cü və 1988-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Zəngəzur daxil olmaqla azərbaycanlılar üstünlük təşkil edən bir çox bölgələr Ermənistana verilib və yüz minlərlə azərbaycanlının Ermənistandan deportasiyası barədə irqçi qərara imza atılıb.

SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı ǝhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.  1948-ci ildən başlayaraq hiyləgər planların nəticəsi olaraq xaricdən Ermənistan SSR ərazisinə minlərlə erməni ailəsinin köçürülməsinə başlandı. 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olundu. Ermənistan tərəfi İrəvan onlaha "hədiyyə edilərkən bir daha Azərbaycan torpaqlarına iddia etməyəcəklərini vəd etsələr də sözlərinə əməl etmədilər. 1988-1994-cü illərdə Azərbaycan torpaqlarına yenə hücumlar etmiş, torpaqlarıməzən 20 faizini işğal etmişdilər. 1992-ci ildə Xocalıda baş verən soyqırımı ermənilərin faşist mahiyyətini ortaya qoydu. 

Ulu Öndər Heydər Əliyev hər zaman çıxışlarında bildirirdi ki, işğalda olan bütün Azərbaycan torpaqları bir gün öz sahiblərinə qayıdacaq. 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri qətiyyətli əks-hücum əməliyyatlarına başlamışdır.  Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Dəmir yumruq” hərbi əməlyatə Zəfərlə başa çatdı  8 noyabr Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra ermənilər böyük məğlubiyyətlərini qəbul etdilər. 44 günlük müharibənin sonunda, yəni noyabrın 10-da hərbi əməlyatlar Üçtərəfli Bəyanatın imzalanması ilə başa çatdı. Müzəffər Azərbaycan ordusu  Cəbrayıl,  Füzuli, Zəngilan Şuşa, Qubadlı şəhərlərini  ümumilikdə 5 şəhər, 4 qəsəbə, 286 kəndini döyüşlə,  Ağdam, Kəlbəcər, Laçın şəhərlərini bəyanata uyğun olaraq  bir güllə atmadan azad etdi.  44 günlük müharibə xalqımızın birliyini, gücünü dünyaya göstərdi. Bu xalq bir olduqca heç bir qüvvə Azərbaycana qalib gələ bilməz.  Vətən müharibəsi və 23 saatlıq anti-teror əməlyatındakı qələbə Qərbi Azərbaycandan olan soydaşlarımızda doğma yurda qayıdış üçün böyük ümid yaradıb. Qərbi Azərbaycandan olan azərbaycanlı kimi əminəm ki, tarixi ədalət bərpa olunacaq və bir gün qədim və doğma yurdumuza qayıdacağıq. Ermənilər unutmasınlar ki, tarix həqiqətləri silmir və həqiqət isə gec-tez üzə çıxır…

Fidan Bayramova,
Bakı Slavyan Universiteti,
Jurnalistika ixtisası, 2 ci kurs tələbəsi