21 may 2024 15:04
243

Avropa İttifaqı enerji sektorunda hələ tam müstəqilliyə nail olmayıb - Erik Mamer

Avropa Komissiyasının sözçüsü Erik Mamer bildirib ki, Avropa İttifaqı enerji sektorunda Rusiyadan hələ tam müstəqilliyə nail olmayıb.

“İki sahil” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

“Biz tamamilə müstəqilikmi? Yox. Biz hələ də müəyyən miqdarda qaz idxal edirik. Amma biz artıq eyni təzyiqi yaşamırıq” – deyə, Erik Mamer bildirib.

Daha əvvəl Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl qeyd etmişdi ki, Almaniyanın xarici işlər naziri Annalena Barbok və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen özlərini böyüklər kimi deyil, 13 yaşlı yeniyetmələr kimi aparırlar.