09 may 2024 23:02
303

Didivar kəndində öz evini yandıran şəxs ölüb - YENİLƏNİB

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda öz evini yandıran şəxs ölüb.

“İki sahil” xəbər verir ki, rayonun Didivar kəndində öz evini yandıran sakin, 1960-cı il təvəllüdlü Allahverdiyev Nurəddin Tarverdi oğlu hadisədən 3 saat sonra vəfat edib.

Onun ölümünə tüstüdən zəhərlənməsi səbəb göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir neçə saat əvvəl Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Babək rayonu, Didivar kəndində fərdi yaşayış evində yanğın barədə məlumat daxil olub.

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində alov ətraf əraziyə genişlənməsinə imkan verilmədən söndürülüb.

İlkin məlumata görə, evi N.Allahverdiyev spirtli içki qəbul etdikdən sonra yandırıb.