18 may 2024 01:34
1169

Kimlərə lavaş yemək olmaz?

Rusiyalı endokrinoloq Natalya Antonova izah edib ki, lavaş buğda unundan bişirilir və bildiyiniz kimi zərərli güclü karbohidratlar siyahısındadır.

Həkimin sözlərinə görə, bu səbəbdən məhsul qlütenə qarşı dözümsüzlüyü olan insanlar üçün uyğun deyil.

Bundan əlavə, lavaş yüksək qlisemik indeksə malikdir. Ondan gündəlik istifadə etmək şəkərli diabet xəstələri üçün təhlükəlidir.

“Gazeta.ru” yazır ki, məhsul artıq çəkili insanların pəhrizində də məhdudlaşdırılmalıdır.

"Belə insanlar həftədə 2 dəfədən çox olmamaqla, aşağı kalorili məhsula bükülmüş şəkildə yeməlidirlər - məsələn, toyuq, hinduşka filesi, tərəvəzlər. Bu, adi lavaşdan daha az kalorili və doyumludur”, - ekspert bildirib.

Endokrinoloqun sözlərinə görə, lavaşı ancaq naharda yemək olar. Bu, bədənin karbohidratlardan istifadəsinə kömək edəcək və buna görə də sizi əlavə kilolardan qoruyacaq.

Nubar Süleymanova, “İki sahil”