09 may 2024 09:02
365

Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda qeyd olunub:

“Faşizm üzərində Qələbənin 79-cu ildönümü münasibətilə bütün veteranlarımızı təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, Vətənimizə – sülh və əmin-amanlıq arzulayıram!”