Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.
“İki sahil” xəbər verir ki, bu gün 1 matç keçiriləcək. Misli Premyer Liqasında çempionluğu rəsmiləşdirən "Qarabağ" "Neftçi"nin qonağı olacaq. Görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, yarımfinal digər qarşılaşması sabah keçiriləcək.
Əlavə edək ki, yarımfinalın cavab matçları aprelin 24-ü oynanılacaq.
Azərbaycan kuboku,
1/2 final
2 aprel (çərşənbə axşamı)
20:00. “Neftçi” – “Qarabağ”
“Neftçi Arena”
3 aprel (çərşənbə)
19:00. “Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu