Basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda mübarizəyə yekun vurulub.
“İki sahil” xəbər verir ki, günün ilk oyunu "Xırdalan" və "Sumqayıt" komandaları arasında baş tutub. Görüş paytaxt təmsilçisinin 89:83 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün ikinci matçı qrup liderliyi uğrunda "Neftçi" və "Xəzri" kollektivləri arasında baş tutub. Qarşılaşma "ağ-qaralar"ın 80:67 hesablı qələbəsi ilə bitib.
Bununla da Anar Sarıyevin rəhbərlik etdiyi komanda qrupu lider olaraq tamamlayaraq "Xəzri" ilə birlikdə növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, B qrupunda yarımfinala vəsiqə qazanacaq sonuncu klubun adına "Sabah" - "NTD-İndiqo" oyunundan sonra aydınlıq gələcək.