26 mart 2024 17:55
426

Ukrayna - Azərbaycan oyununda 3 qol

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

“İki sahil” xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu komanda Ukrayna U-21 ilə qarşılaşıb.

Oyunun 25-ci dəqiqəsində Yatsuk hesabı açıb. 40-cı dəqiqədə isə Oçeretko qonaqların üstünlüyünü iki topa yüksəldib.

Qarşılaşmada son nöqtəni də qonaqlar qoyub. 66-cı dəqiqədə Valentin Rubxniski fərqlənib.

Avropa çempionatının seçmə mərhələsi

26 mart

16:00. Azərbaycan U-21 0-3 Ukrayna U-21

Qollar: Yatsuk, 25,Oçeretko, 40, Valentin Rubxniski, 66