Almaniya Federal Polis İttifaqı futbol üzrə Avropa çempionatı zamanı ölkədə dronların istifadəsini qadağan etməyə çağırıb.
“İki sahil” "Bild"ə istinadən xəbrə verir ki, polis həmkarlar ittifaqının rəhbəri Andreas Roskopf bununla bağlı deyib: Dronlar ən böyük problemlərdən birinə çevrilir! Avropa çempionatından əvvəl, Avropa çempionatı zamanı və qısa müddət sonra Almaniyada dron uçuşlarına hərtərəfli qadağa qoyulmalıdır".
2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində keçiriləcək.