25 mart 2024 17:22
422

"Atletiko" kapitanı ilə müqaviləni uzatdı

"Atletiko" komandanın kapitanı ilə müqaviləni uzadıb.

“İki sahil” Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki,  ispaniyalı yarımmüdafiəçinin yeni sözləşməsi 2025-ci ilin yayına qədərdir.

Qeyd edək ki, "Atletiko"nun yetirməsi olan Koke 2009-cu ildən əsas komandada çıxış edir. O, paytaxt klubu ilə iki dəfə La Liqanın, iki dəfə Avropa Liqasının və 2 dəfə UEFA Superkubokunun qalibi olub. Koke bu mövsüm "Atletiko"da 39 matçda 5 məhsuldar ötürmə edib.