20 iyul 2026 22:44
136

Azərbaycan idmançıları Almatıda keçiriləcək beynəlxalq stolüstü tennis turnirində iştirak edəcəklər

İyulun 24-dən 27-dək Almatıda stolüstü tennis üzrə nüfuzlu “WTT Youth Contender Almaty” beynəlxalq turniri keçiriləcək.

“İki sahil” Almatı şəhər akimatlığına istinadla xəbər verir ki, yarışlar Qazaxıstanın Turizm və İdman Nazirliyinin, eləcə də şəhər akimatlığının dəstəyi ilə təşkil olunacaq.

İrimiqyaslı yeniyetmələrin turniri Azərbaycan da daxil olmaqla 17 ölkə və ərazidən ümumilikdə 230 idmançını bir araya gətirəcək.

Ev sahibi Qazaxıstanı bu turnirdə 82 idmançı təmsil edəcək.

İdmançılar 11 və 13 yaşadək oğlanlar və qızlar, 15, 17 və 19 yaşadək yeniyetmələr və gənclər arasında fərdi dərəcələrdə, həmçinin 15 və 19 yaşadək idmançılar arasında qarışıq cütlük dərəcələrində mükafatlar uğrunda mübarizə aparacaqlar.