İngiltərə və Braziliya milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.
“İki sahil” xəbər verir ki, matç "Uembli" stadionunda oynanılıb. Görüşü Artur Soareş Diasın rəhbərlik etdiyi portuqaliyalı hakimlər briqadası idarə edib. Oyun Braziliyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qarşılaşmada yeganə qolu 80-ci dəqiqədə 17 yaşlı Endrik vurub. Bu, Endrikin Braziliyanın əsas millisində ilk qoludur.
Qeyd edək ki, İngiltərə və Braziliyalı milliləri arasında keçirilən son 2 oyun heç-heçə ilə başa çatmışdı - 2:2 (2013-cü il) və 0:0 (2017-ci il).