20 iyul 2026 23:32
162

DÇ-2026 FİFA-ya rekord gəlir qazandırdı

DÇ-2026 FİFA tarixinin ən gəlirli dünya çempionatı olub.

“İki sahil” xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

FİFA turnirdən təxminən 15 milyard dollar gəlir əldə edib. Bu, yarışdan əvvəl proqnozlaşdırılan 11 milyard dollarlıq hədəfi xeyli üstələyib. DÇ-2022 isə FİFA-ya 7,6 milyard dollar qazandırmışdı.

Qeyd olunur ki, rekord gəlirin əsas səbəbləri televiziya yayım hüquqlarının bahalaşması, sponsorluq müqavilələrinin artması, bilet və VİP paketlərinin yüksək satış göstəriciləri, həmçinin turnirdə ilk dəfə 48 komandanın iştirak etməsi olub.

Məlumata görə, FİFA prezidenti Canni İnfantino bu rəqəmləri milli assosiasiyalarla keçirilən iclasda təqdim edib. O bildirib ki, xüsusilə hotellər, bilet satışı və ikinci bazardakı əməliyyatlar böyük gəlir gətirib. FİFA ikinci bazarda satılan hər bilet üzrə həm satıcıdan, həm də alıcıdan 15 faiz komissiya əldə edib.

Xatırladaq ki, DÇ-2026-nın finalında İspaniya Ferran Torresin vurduğu yeganə qol sayəsində Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.