"Real" və "Portu" klublarının əfsanəvi futbolçuları arasında xeyriyyə matçı keçirilib.
“İki sahil” xəbər verir ki, görüş "Santyaqo Bernabeu" stadionunda oynanılıb. Matçda "Portu" 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 8-ci dəqiqədə Marek Çex vurub.
Görüşdə hər iki komandanın ulduzları iştirak ediblər. "Real"ın heyətində Zinəddin Zidan, Raul Qonsales, Roberto Karlos, Luiş Fiqu və Stiv Makmanaman, "Portu"da isə İker Kasilyas, Bruno Alveş, Rikardo Kuarejma kimi sabiq futbolçular çıxış edib.
Qeyd edək ki, oyundan əldə olunan gəlir ALS (yan amiotrofik skleroz) xəstələrinin müalicəsinə və "Real" fondunun layihələrinə yönəldiləcək.