23 mart 2024 16:34
723

“Neftçi"nin Moskva “Spartak”ı ilə oyunu ləğv olunub - YENİLƏNİB

“Neftçi” ilə “Spartak” arasında keçirilməsi nəzərdə tutulan yoldaşlıq görüşü ləğv olunub.

“İki sahil” Bakı klubuna istinadən xəbər verir ki, bu gün keçirilməli olan matç Rusiya klubunun xahişi ilə ləğv olunub.

Buna səbəb Moskvada dünən baş vermiş terror aktı və akt nəticəsində çox sayda insanın həlak olmasıdır.

“Neftçi” PFK olaraq baş vermiş hadisəyə görə kədərləndiyimizi bildirir, başsağlığı veririk.

Klubdan bildirilib ki, oyun üçün alınmış biletlər qaytarılacaq.

Qeyd edək ki, "Neftçi" və "Spartak" arasında yoldaşlıq matçı martın 23-ü saat 18:00-da keçiriləcəkdi.

***

"Neftçi" bu gün Rusiyanın "Spartak" klubu ilə yoxlama oyunu keçirəcək.

“İki sahil” xəbər verir ki, matç Bakıda - "Neftçi Arena"da oynanılacaq. Görüş saat 18:00-da başlayacaq.

Bu komandalar ötən ilin iyul ayında da üz-üzə gəliblər. Moskvada keçirilən oyunda "Spartak" 2:0 hesablı qələbə qazanıb. 

23 mart

18:00. "Neftçi" - "Spartak" (Moskva, Rusiya)

"Neftçi Arena"