26 fevral 2024 19:04
265

Orban ölkə parlamentinə müraciət edib

Macarıstanın Baş naziri Viktor Orban ölkə parlamentinə İsveçin NATO-ya üzvlük ərizəsinin ratifikasiyası üçün müraciət edib.

“İki sahil” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

“İsveçin NATO-ya daxil olması Macarıstanın təhlükəsizliyini gücləndirəcək, ona görə də mən sizi bu ərizəni təsdiqləməyə çağırıram”, - V.Orban bildirib.

Qeyd edilib ki, hakim “Fides” partiyasının parlament fraksiyasının lideri Mate Koçiş bildirib ki, fevralın 26-da keçiriləcək sessiyanın gündəliyinə İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun səsverməsi daxildir.