Səudiyyə Ərəbistanının son 24 saat ərzində Yəmənin bir sıra bölgələrinə, o cümlədən paytaxt Sənaya 106 hava zərbəsi endirdiyi iddia olunur.
“İki sahil” xəbər verir ki, bu barədə husilərin sözçüsü Yəhya Səri məlumat yayıb.
Onun sözlərinə görə, zərbələr Səna ilə yanaşı, Əl-Cəvf, Taiz, Əmran, Həccə və Səada bölgələrinə endirilib. Hücumlarda Səudiyyə Ərəbistanına məxsus F-15 və “Typhoon” qırıcılarının iştirak etdiyi bildirilib.
Səudiyyə Ərəbistanı isə hələlik bu iddialara münasibət bildirməyib.
Ukrayna Müdafiə Nazirliyi: Ukrayna əməliyyatlarının təsiri nəzərəçarpacaq nəticələr verir
Braziliya ABŞ-ın prezident seçkilərinə mümkün müdaxiləsini araşdırmağa başlayıb