28.09.2026-cı il tarixdə Vətən Müharibəsi şəhidləri Musayev Sədi Süleyman oğlu, Şükürlü Elvin Azad oğlu, Rəhimli Kamil Vəli oğlunun məzarları ziyarət edilib.
“İki sahil” xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, şəhidin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, ailə üzvləri və yaxınları iştirak ediblər. Şəhidlərin ruhuna dualar oxunub, məzarları qarşısına tər gül-çiçək dəstələri düzülüb.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ailələri adından dövlət başçımız İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!
YAP Sumqayıt şəhər təşkilatında 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
“Yeni Azərbaycan” qəzetinin rəsmi internet saytına kütləvi haker hücumu həyata keçirilib
Nizami rayonunda 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş konfrans keçirilib
Nazir Vilayət Eyvazov Gəncə şəhərində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi
Gündüz İsmayılov: Azərbaycanda təxminən 1000 məsciddə din xadimi fəaliyyət göstərmir