Misirin şimalında, Nil çayında gəmi qəzaya uğrayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Misirin yerli telekanalı məlumat yayıb.
Bildirilib ki, hadisə Giza əyalətinin Munşaat əl-Kanater bölgəsində baş verib. Qəzaya uğrayan gəmi yaxınlıqda yerləşən tikinti obyektinə işçiləri aparırmış. İşçilərdən 8-nin həlak olduğu, digər 6 nəfərin isə xilas edildiyi qeyd olunub.
Gəminin mümkün batmasına səbəb kimi həddindən artıq yüklənməsi göstərilib.