Şuşa şəhərində "ASAN xidmət" mərkəzinin tikintisi davam edir. Bu il ərzində proseslər yekunlaşacaq və Şuşada "ASAN xidmət" fəaliyyətə başlayacaq.
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “İki sahil”ə özəl açıqlamasında bildirib.
Agentlik sədrinin sözlərinə görə, artıq doğma yurduna köçəcək Şuşa və ətraf kəndlərin sakinləri “ASAN xidmət” vasitəsilə göstərilən xidmətlərdən yararlana biləcəklər.
Yaqut Ağaşahqızı, “İki sahil”