Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Birinci Kanalda bildirib ki, Suriyanın keçmiş rəhbəri Bəşər Əsədin guya “ölümü” ilə bağlı saxta xəbərlərin arxasında xaosda maraqlı olan dövlətlər dayanır.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, Zaxarova qeyd edib ki, Əsədin “ölümü” ilə bağlı xəbərlər “klassik saxtakarlığa” nümunədir.
“Bunun arxasında yüz faiz Suriyada xaosda maraqlı olan ölkələrin müvafiq xidmətləri bu xəbər vasitəsilə özlərinin bəzi konkret tapşırıqlarını həll etmək üçün dayanıb”, - RİA Novosti Zaxarovadan sitat gətirib.
Daha əvvəl Reuters yazmışdı ki, kursun qəfil dəyişməsi və Əsədin olduğu güman edilən təyyarənin radarlarından itməsi “onun vurulduğunu göstərə bilər.
Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, agentlik bu saxtakarlığı təkzib etməlidir.