21 dekabr 2024 15:11
206

Orban: Maqdeburq hücumu qeyri-qanuni miqrasiyanın nəticəsi ola bilər

Maqdeburqda Milad bazarında insanlara qarşı törədilən terror aktı Avropada qeyri-qanuni miqrasiyanın artmasının birbaşa nəticəsi ola bilər.

“İki sahil” xəbər verir ki, bunu Budapeştdə ilin yekunlarına dair mətbuat konfransında çıxış edən Macarıstanın Baş naziri Viktor Orban deyib.

O qeyd edib ki, Almaniyada baş vermiş faciəvi hadisə ilə bağlı siyasi nəticə çıxarmaq üçün bir-iki gün gözləmək lazımdır, lakin bunun qeyri-qanuni miqrasiya problemi ilə əlaqəsi artıq görünə bilər. Orbanın sözlərinə görə, Avropa qitəsində bu cür terror aktları miqrasiya böhranı başlayandan tez-tez baş verir və miqrasiya ilə terror aktları arasında əlaqə var.

Məhərrəm Ağalaroğlu, “İki sahil”