"İnter"in və İtaliya millisinin sabiq baş məşqçisi Antonio Konte yayda "Milan"a baş məşqçi təyin olunacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb.
Konte mövsümün sonunda "Milan"ın hazırkı baş məşqçisi Stefano Piolini əvəz edəcək. İtaliyalı mütəxəssis klub rəhbərliyinin təklif etdiyi şərtlərlə razılaşıb.
Konte məşqçilik karyerası ərzində “Çelsi”, “Yuventus”, “İnter”, “Atalanta”, “Siena”, “Bari” və İtaliya millisinə rəhbərlik edib. Mütəxəssisin son komandası “Tottenhem” olub. O, London təmsilçisini ötən il mart ayında tərk edib.
"Milan" hazırda İtaliya çempionatının turnir cədvəlində 3-cü yerdədir. Piolinin komandası 22 turdan sonra 46 xal toplayıb.