26 yanvar 2024 17:41
114

Beynəlxalq riyakarlığın təzahürü

Azərbaycana qarşı növbəti qarayaxma kampaniyasının alətlərindən biri Avropa Şurası Parlament Assambleyası (AŞPA) oldu. Təəssüflər ki, bu günlərdə AŞPA-da qərar qəbul olunub ki, Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ məhdudlaşdırılsın. Səbəb isə sadədir: bu qurum Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi Zəfəri həzm edə bilmir.

Azərbaycan həmişə ikili standartlara əsaslanan siyasətlə üz-üzə olub. Azərbaycana qarşı bu  qərar təkcə ölkəmizdə deyil, xarici ölkələrdə də ciddi müzakirələr yaratdı.Belə ki, Azərbaycanla bağlı bu qərarda qərəz aydın şəkildə görünür. AŞPA Azərbaycana münasibətdə riyakar və ikiüzlü mövqe nümayiş etdirir.Ölkəmiz bir vaxtlar AŞPA-ya böyük ümidlərlə üzv olmuşdu və xalqımız bunu yüksək rəğbətlə qarşılamışdı. İnanırdıq  ki, insan hüquqlarını əsas götürən bu təşkilat 20 faiz ərazisi işğal edilmiş, etnik təmizlənməyə məruz qalmış, bir milyondan artıq qaçqını və köçkünü olan ölkənin haqq işinə dəstək verəcək, ədalətin bərqərar olmasına çalışacaq. Amma, təəssüflər olsun ki, insan hüquqları, demokratiya və qanunun aliliyinin müdafiəsini özünün əsas məşğuliyyəti elan edən AŞPAəsaslı addımlar atmadı, işğalçı dövlətə sanksiya tətbiq etmədi, münaqişənin həlli ilə bağlı bütün məsuliyyəti ATƏT-in öhdəsinə buraxdı. Onlara elə düşünürdülər ki, Ermənistanın təcavüzkarlığınormaldır və Azərbaycanın öhdəliyi isə ərazi bütövlüyündən və dövlət kimi müstəqilliyindən əl çəkməkdir.

Bəli, AŞPA məhz Azərbaycana qarşı qərəzli və ikili standartları ilə diqqət çəkir. Eyni zamanda Azərbaycan nümayəndə heyətinin səsinin dondurulması ilə bağlı qaldırılan təşəbbüs, əlbəttə ki, qanunun aliliyi və insan haqları ilə məşğul olan bir təşkilat üçün utancvericidir. Məhz bu fonda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırdı.

Azərbaycanlıların Vətən müharibəsindəki tarixi qələbəsi ilə öz torpaqlarını işğaldan azad etməsi Fransanın xüsusi aktiv olduğu  AŞPA-nın da Azərbaycana olan qərəzliyanaşmasını ifşa etdi. AŞPA deputatlarının keçirdiyi müzakirədə Azərbaycanın qurumdakı nümayəndə heyətinin etimadnaməsini təsdiq etməməyi və Azərbaycanla əlaqəli ortaya atdığı əsilsiz ittihamlar sübut etdi ki, AŞPA-nın bu siyasətinin mərkəzində Azərbaycanofobiya və İslamofobiya durur. Məlum oldu ki, onların məqsədi Azərbaycanın qələbəsinə kölgə düşürmək, ölkənin siyasi, hərbi, sosial, iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurları ləkələməkdir. Dövlətimizin demokratiya və ədalətin bərqərarı istiqamətində qətiyyətli uğurları, həmçinin onları hər şeydən daha çox Azərbaycanın güclü dövlətə və Liderə malik olması narahat edir.

Bütün bunları nəzərə aldıqda Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırması çox doğru bir addımdır.Azərbaycan öz prinsipial mövqeyini yenidən bir daha nümayiş etdirdi. Cənab Prezidentin vurğuladığı kimi, heç bir dövlət, heç bir beynəlxalq institut Azərbaycanla təhdid, zorakılıq və aqressiya dilində danışa bilməz. Bu təfəkkürdən çıxış edə bilməz. Azərbaycan güclü dövlətdir və siyasi iradə nümayiş etdirir.

Azərbaycanın AŞPA kimi qurumlara üzvlüyü onun ərazi bütövlüyü, suverenliyi kimi dəyərlərə təhdid yaratmamalıdır, əgər seçim etmək lazım gələrsə, Azərbaycan xalqı öz milli maraqları naminə bu qurumdan imtina edə bilər.

Ölkəmiz  gələcəyə güclü ordu, dayanıqlı iqtisadiyyat, hüququn aliliyi, ən əsası isə bütöv Azərbaycan olaraq gedir və hesab edirik ki, bu xalqımızın əsas prioritetləridir.

Nuranə Əsgərova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının üzvü,
Xətai rayon, 58 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi