“Real”ın uzun müddətdir davam edən uğurlu seriyası qırılıb.
“İki sahil” xəbər verir ki, bu, Madrid klubunun İspaniya Kral kubokunun 1/8 final mərhələsində “Atletiko”ya uduzduğu oyunda (2:4) baş verib.
Bununla da "Real"ın 22 oyunluq məğlubiyyətsiz seriyasına son qoyulub. “Real” sonuncu dəfə məhz “Atletiko”ya uduzmuşdu. Bu, 2023-cü ilin sentyabrında keçirilən La Liqa matçına (1:3) təsadüf edib. "Real" həmin görüşdən sonra 22 oyunun 18-də qələbə qazanıb, 4 dəfə uduzub.