18 yanvar 2024 22:44
362

Şahruddinin çıxış etdiyi Türkiyə klubuna yeni baş məşqçi təyin olundu

“Qarabağ”ın keçmiş qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi Türkiyənin “Adana Demirspor” klubunda yeni baş məşqçi təyin olunub.

“İki sahil” xəbər verir ki, klubdan verilən məlumata görə, bu vəzifəyə Hikmət Karaman gətirilib.

O, bu postda Patrik Kluyverti əvəz edib.

Bildirilir ki, təcrübəli məşqçi ilə 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Karaman məşqçilik karyerasında 16 fərqli Super Liqa komandasında çalışıb. Sonuncu dəfə o, “Kayserispor”a rəhbərlik edib və təxminən 1 il yarım işsiz qalıb.